F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən “21 Fevral - Beynəlxalq Ana Dili Günü” münasibəti ilə videoçarx hazırlanaraq virtual izləyicilərə təqdim edilib.
Videoçarxda Azərbaycan tarixinin görkəmli ictimai-siyasi xadimlərinin, tanınmış elm və ədəbiyyat nümayəndələrinin Ana dili ilə bağlı dəyərli fikirləri, sitatları və şeirləri öz əksini tapmışdır.
Videoçarxın hazırlanmasında əsas məqsəd, izləyicilərə ana dilinin qorunmasının və inkişafının əhəmiyyətini vurğulamaq, Azərbaycanın mədəni irsinin və dilinin zənginliyini daha geniş auditoriyaya çatdırmaqdır. Həmçinin xalqımızın dilinə olan sevgi və hörməti artırmaq, dilin nə qədər böyük bir dəyər olduğunu anladaraq gənc nəsillərdə dilə qarşı daha dərindən bir bağlılıq yaratmaqdır.