4 və 5 fevral 2025-ci il tarixlərində Respublika Uşaq Kitabxanasına Bakı Modern Təhsil Mərkəzinin ingilis bölməsinin 3-cü sinif şagirdlərinin eksursiyası təşkil olunub. Kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitabxana haqqında geniş məlumat verilib, sinifdən xaric oxu üçün maraqlı nağıl kitabları təqdim edilib.
Ekskursiya zamanı şagirdlər kitabxanada yeni uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar və rəngli qələmlərlə nağıl kitablarındakı personajların rəsmini çəkiblər.
Sonda şagirdlər oxu zalında kitab haqqında animasya izləyiblər, həmçinin kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalından bir neçə nüsxə Mərkəzin Kitabxanasına hədiyyə edilib.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanası ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini inkişaf etdirməkdir.