Bakı Modern Təhsil Kompleksinin şagirdləri Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər
24-01-2025 17:47:00
17-24 yanvar 2025-ci il tarixlərində Bakı Modern Təhsil Kompleksinin ingilis, rus bölmələrinin şagirdləri və “Kosmokids” uşaq bağçasının rus bölməsinin uşaqları Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Uşaqlar kitabxana və onun şöbələri ilə, o cümlədən nağıl otağında və kiçik oxu zalındakı kitablarla tanış olublar.
Kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı ekskursiya iştirakçılarına hədiyyə edilib.