• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Azad yurdum” adlı tədbir keçirilib
    27-05-2025 16:18:00

    27 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşlarının təşəbbüsü ilə 222 saylı uşaq bağçasında “Azad Yurdum” adlı tədbir keçirilib. Tədbir “28 May – Müstəqillik Günü”nə həsr olunub.

    Tədbirdə kitabxana əməkdaşları, bağçanın müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Kitabxana əməkdaşları çıxış edərək uşaqlara Müstəqillik Gününün tarixi haqqında məlumat veriblər. Bildirilib ki, 28 May 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdur. 1990-cı ildən etibarən bu tarix ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir.

    Çıxışlarda Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlar, beynəlxalq nüfuzu və sabit inkişafı xüsusi vurğulanıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş müasir Konstitusiyanın ölkəmizin demokratik inkişafına verdiyi töhfələr qeyd olunub.

    Tədbirin bədii hissəsində bağça uşaqları vətənə həsr olunmuş şeirlər səsləndirib, səhnəciklər göstərib və milli rəqslər ifa ediblər. Balacaların çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft