Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən metodik vəsait hazırlanıb. Metodik vəsaitdə şairin həyat və yaradıcılığı, yublieyi ilə bağlı rəsmi sərəncam, maarifçilik fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri fikirlər yer alıb. Bununla yanaşı, oxucular arasında şairin irsinin təbliği məqsədilə müxtəlif tədbirlərin təşkili ilə bağlı tövsiyələr də təqdim edilib.
Metodik vəsaitin sonunda mövzu üzrə kitabxana fondunda mövcud olan 15 adda kitab və 45 adda dövri mətbuat materialının ədəbiyyat siyahısı öz əksini tapıb. Vəsaitin hazırlanmasında əsas məqsəd S.Ə.Şirvaninin zəngin ədəbi irsini geniş oxucu kütləsinə çatdırmaq, onun yaradıcılığının öyrənilməsi üçün elmi-tədris resursu yaratmaq və bu sahə üzrə tədqiqat və araşdırmalara dəstək olmaqdır.
Elmi-metodik mənbə ilə aşağıda təqdim edilən link vasitəsilə tanış bilərsiniz: