Ən qədim zamanlardan günümüzə qədər cəmiyyətin formalaşması və inkişafına təsir edən və dəyişməyən ən mühüm amil insanlar arasında güclü münasibətlərin olması, bu münasibətlərin sağlam formada inkişaf etdirilməsidir. İnsanlar arasındakı ən güclü münasibət formasının təzahürü ailədir. Ailə hər bir cəmiyyətin təməl daşıdır, özəyidir. Bir cəmiyyətin inkişafı onun milli-mənəvi dəyərləri əsasında formalaşır. Ailə millimənəvi və əxlaqi dəyərlərin daşıyıcısıdır. Cəmiyyətin ayaqda qalması, insanlar arasındakı bağların daha da möhkəmlənməsi məhz düzgün ailə sistemi əsasında təşkil olunur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi kitab və dövri mətbuat materiallarından ibarət “Ailə - cəmiyyətin özəyi, milli dəyərlərin kökü” adlı veblioqrafiya hazırlayaraq virtual oxuculara təqdim edib. Veblioqrafiyanın əsas məqsədi Ailənin sosial həyatdakı yerini və uşaq şəxsiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaqdır. Veblioqrafiya “Giriş”, “Görkəmli şəxsiyyətlərin dəyərli fikirləri, aforizmlər, sitatlar”, “Kitablarda”, “Dövri mətbuatda” adlı bölmələrdən ibarətdir.
Veblioqrafiya ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.