27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən “Əbədiyyətə qovuşan qəhrəmanlarımız” adlı biblioqrafik yaddaş hazırlanıb. Materialda Anım Gününün tarixi əhəmiyyəti, imzalanmış sərəncam, eləcə də Vətən uğrunda canını fəda etmiş igidlərimizin həyat yolunu işıqlandıran materiallar toplanıb. Oxuculara təqdim olunan yaddaşda 26 adda kitab və 80 adda dövri mətbuat nümunəsi öz əksini tapıb.Bu vəsait Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi və gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırlanan biblioqrafik göstəricidə oxuculara qəhrəman şəhidlərimizin həyat və döyüş yolunu daha yaxından tanımaq imkanı verir.