27 sentyabr - Anım Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir təşkil olunub. Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kitabxana əməkdaşı 27 Sentyabrın xalqımızın qəhrəmanlıq səlnaməsində xüsusi yer tutduğunu qeyd ederək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.
Tədbir çərçivəsində Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib. Eyni zamanda kitab sərgisi təşkil olunub, sərgidə Vətən müharibəsi ilə bağlı nəşrlər Qarabağ həqiqətlərini əks etdirən kitablar və müstəqillik uğrunda mübarizəni işıqlandıran tarixi mənbələr oxuculara təqdim edilmişdir.
Tədbirin əsas məqsədi şəhidlərin müqəddəs xatirəsini yad etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və xalqımızın azadlıq uğrunda mübarizə yolunu əks etdirən ədəbiyyatları oxuculara tanıtmaqdır.