15 Sentyabr – Bilik Günü adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
16-09-2025 15:24:00
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən 15 Sentyabr – Bilik Günü münasibətilə virtual oxucular üçün biblioqrafik yaddaş kitabçası (biblioqrafik siyahı) hazırlanaraq təqdim edilib.
Materialda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində söylədiyi dəyərli fikirlər, elm və təhsil haqqında ümumiləşdirilmiş məlumatlar, görkəmli şəxslərin bilik haqqında müdrik kəlamları və aforizmlər toplanıb.
Hazırlanan biblioqrafik göstəricidə “Bilik Günü” mövzusunda 13 kitab və dövri mətbuatda dərc olunmuş 45 adda məqalənin biblioqrafik siyahısı yer alıb.
Aşağıdakı link vasitəsilə biblioqrafik göstərici ilə tanış ola bilərsiniz:.