Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında təsis edilmiş Milli Teatr Günü hər il martın 10-u qeyd olunur. Bu gün teatr sənətinin əhəmiyyəti və insan həyatındakı rolu bir daha vurğulanır. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən bu gün münasibətilə slayd hazırlanb. Slaydda mövzu ilə bağlı 87 adda kitab, teatrın tarixi, onun inkişaf mərhələləri, tanınmış teatr xadimləri və Azərbaycan teatrının spesifik xüsusiyyətləri ilə bağlı qiymətli məlumatlar yer alıb. Slaydda, həmçinin uşaqlar üçün nəzərdə tutulmuş teatr əsərləri, teatr fəaliyyəti haqqında kitablar, elmi məqalələr və digər resurslar toplanıb.
Milli Teatr Gününün qeyd edilməsi xalqın teatr ənənələrini, dəyərlərini və mədəni irsini qorumağa kömək edir. Bu gənc nəsillərə teatrın əhəmiyyətini və onun mədəniyyətə təsirini başa salmağa imkan verir. Milli Teatr Gününün təbliği mədəniyyətin inkişafına və qorunmasına, teatr sənətinin əhəmiyyətinin artırılmasına, gənclərin və cəmiyyətin incəsənətə olan marağının gücləndirilməsinə töhfə verir. Biblioqrafik slayd gənc oxuculara teatr sənətini daha yaxından tanıtmağı və onları bu sahəyə yönləndirməyi məqsəd qoyur.