“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən tematik slayd hazırlanıb.
Slaydın məqsədi uşaqların hüquqlarının müdafiəsi, onların rifahı və inkişafı məsələlərinə cəmiyyətin diqqətini yönəltmək, eyni zamanda bu əlamətdar günün tarixi və əhəmiyyətini uşaqlara və geniş ictimaiyyətə çatdırmaqdır.
Təqdim olunan slaydda 1 İyun tarixinin yaranma tarixi, dünyada və Azərbaycanda uşaqların müdafiəsi sahəsində görülən işlər, hüquqi sənədlər, o cümlədən Uşaq Hüquqları Konvensiyası haqqında məlumatlar yer alıb. Eyni zamanda, tanınmış uşaq yazarları və onların əsərlərindən nümunələr, uşaqlar üçün tövsiyə olunan kitab siyahısı da təqdim olunub.
Bu təşəbbüs, kitabxananın uşaqların maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi layihələrin davamıdır.
Slayd kitabxananın rəsmi veb-səhifəsində ictimaiyyətin istifadəsinə açıqdır.