26 fevral Respublika Uşaq Kitabxanasının 2 saylı filialı Y.Yusifov adına 265 saylı məktəbin VII sinif şagirdləri ilə birgə “Xocalı-Qan yaddaşımız” adlı tədbir keçirib.
Tədbir azadlığımız uğrunda canlarını qurban vermiş igid şəhidlərimiz və Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə 265 saylı tam orta məktəbin uşaq birliyinin rəhbəri T.Mehdiyeva və kitabxana əməkdaşı şagirdlərə bir gecənin içində darmadağın olan Xocalı şəhəri və orada baş verən dəhşətli soyqırım haqqında məlumat veriblər. Daha sonra şagirdlər Azərbaycan şairlərinin “Xocalı” soyqırımına həsr olunmuş və vətənpərvərlik ruhunda yazılmış şeirlərini səsləndiriblər. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Xocalı soyqırımını unutma” adlı kitab sərgisi nümayiş olunub və xatirə şəkilləri çəkilib.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin milli ruhda yetişməsi, 44 günlük “Vətən” müharibəsinin əhəmiyyətini bir daha dərk etmək, Xocalı soyqırımını unutdurmamaq və gələcək nəsillərə ötürməkdir.