1 mart tarixində Bakı Kitab Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanası və "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İB-in birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Oxu saatı” keçirilib. Milli Məclisin deputatı Ceyhun Məmmədovun təqdimatında nağıllar, dostluğu və yaxşılığı öyrədən hekayələr səsləndirilib. Nağıl və nağılları jest dilinə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə tərcümə edib. Tədbirə, həmçinin M. Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri qoşulub.
Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.