Respublika Uşaq Kitabxanasında müxtəlif rəsm və əl işlərindən ibarət masterclasslar keçirilir
08-07-2024 14:59:00
Yay aylarında F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən uşaqlar üçün masterclasslar təşkil olunur. Əl işlərindən ibarət masterclasslarda uşaqlar kitabxana əməkdaşlarının köməyi ilə rəngli iplərdən, muncuqlardan bəzək əşyaları düzəldərək yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirlər.
Oxucuların marağına səbəb olan məşğələlərin keçirilməsinin əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi və onları əl bacarıqlarının müxtəlif növləri ilə tanış etməkdir.
Masterclassların keçirilməsi uşaqların sevincinə və valideynlərin məmnuniyyətinə səbəb olur.