20 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən növbəti masterclass keçirilib. Keçirilən masterclassda kiçik oxucularımız həvəslə iştirak ediblər. Təlim zamanı uşaqlara rəssamlıq sənəti ilə bağlı məlumatlar verilmiş, onların bu sahəyə olan maraqları öyrənilib və malik olduqları biliklərə əsaslanan suallar şagirdləri aktiv iştiraka cəlb edib. Daha sonra istəkləri nəzərə alınmaqla uşaqlar öz xəyal güclərindən istifadə edərək rəngli şarlardan müxtəlif fiqurlar hazırlayıblar.
Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşdirilməsi, rəssamlığın, əl bacarıqlarının müxtəlif növləri ilə tanışlıq və onların asudə vaxtlarının səmərəli keçirilməsidir. Bu kimi tədbirlər uşaqların gələcəyi üçün vacib amillərdən biridir.
Tədbirin sonunda uşaqlar kitabxana tərəfindən təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.