27 avqust 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin yay tətilinin səmərəli təşkili və uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ana təbiəti qoruyaq!” adlı interaktiv, maarifləndirici tədbir təşkil olunub.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova tədbirdə iştirak edən uşaqları salamlayaraq qeyd edib ki, vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur. Daha sonra isə o, “Təbiətdən məktub” kitabından “Saqqız”, “Xilaskar xanım” “Su həyatdır”, “Sığırçın niyə ağlayır ?” nağıllarını uşaqlar üçün səsləndirib.
Tədbirin davamında uşaqlar “Ana təbiəti qoruyaq!” adlı mözvuda öz fikirlərini söyləyərək bildiriblər ki, Vətənimiz və yaşıl təbiətimiz gözəldir, bununla da xeyirxah işlər görüb təbiətimizin keşiyində durmalıyıq.