3 iyun 2024-cü il tarixində 307 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdlərinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyaları təşkil olunub. Ekskursiya zamanı məktəblilər kitabxanada yeni uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Kitabxana əməkdaşı məktəblilərə Firidun bəy Köçərlinin həyat və yaradıcılğından və "Balalara hədiyyə” kitabı haqqında məlumat verdikdən sonra, Zahirə Cabirin “Böyük Azərbaycanlı” kitabı ilə tanış olublar. Daha sonra məktəblilər kitabxananın kiçik oxu zalında uşaqlar üçün müxtəlif məzmunlu kitablarla, həmçinin şagirdlərə sinifdən xaric oxu üçün müxtəlif məzmunlu yeni uşaq ədəbiyyatları haqqında ətraflı məlumat verilib. Ekskursiyanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə kitabxanaya olan marağı artırmaq, mütaliəyə və kitab oxumağa ruhlandırmaqdır.