22-26 aprel tarixlərində Respublika Uşaq Kitabxanasına AyŞən Uşaq Bağçası, 20, 51, 55, 312 saylı tam orta məktəbin şagirdləri ekskursiya ediblər. Ekskursiya zamanı məktəblilər kitabxanada yeni uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Kitabxana əməkdaşları şagirdlərə Firidun bəy Köçərlinin "Balalara hədiyyə” kitabı haqqında məlumat verdikdən sonra, ədibin həyat və yaradıcılığını əks etdirən videoslayd təqdim edilib. Həmçinin, məktəblilərə ucadan oxumaq üçün müxtəlif maraqlı nağıl kitabları təqdim edib, sinifdən xaric oxu üçün müxtəlif məzmunlu yeni uşaq ədəbiyyatları haqqında ətraflı məlumat verilib.
Ekskursiyanın keçirilməsində əsas məqsəd mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulunu və öz emosiyalarını başqa insanlara söz vasitəsilə çatdırmaq imkanını yeni nəsilə düzgün şəkildə ötürməkdir.