26-27 fevral tarixində 276 və 284 saylı məktəblərin şagirdləri Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Məktəblilər nağıl otağında səsli Azərbaycan nağıllarını dinləyib, yeni nağıl kitabları ilə tanış olublar. Nağılları dinlədikdən sonra nağıl ətrafında kitabxanaçıların iştiirakı ilə sual-cavab ediblər. Daha sonra məktəblilərə fərqli uşaq ensiklopediyaları haqqında qısa məlumat verilib. Həmçinin, Azərbaycanın görkəmli pedaqoqu, uşaq folklorunun ilk banisi F.Köçərlinin uşaqlara həyat və təbiət haqqında məlumat verən “Balalara hədiyyə” kitabı haqqında da geniş məlumat verilib və onları maraqlandıran bütün suallar cavablandırılıb. Sonda xatirə şəkilləri çəkilib.
Ekskursiyanın keçirilməsində əsas məqsədi uşaqlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.