• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanası Moskvada keçirilən beynəlxalq forumda iştirak edib
    06-12-2024 10:26:00

    4-6 dekabr 2024-cü il tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MDB ölkələrinin Uşaq və Gənclər Kitabının II Beynəlxalq Forumu”nda iştirak edib. Forum uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, uşaqlara xidmət göstərən kitabxanaların rolu və yeni imkanlarının müzakirəsi, uşaq mütaliə infrastrukturunun səmərəliliyinin və inkişafının artırılması məqsədi ilə təşkil edilib. Rusiya Dövlət Uşaq Kitabxanasının 55 illik yubileyi çərçivəsində təşkil edilən foruma Çin Xalq Respublikasının, Rusiya Federasiyasının, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan Respublikalarının uşaq ədəbiyyatı, kitab və mütaliə fəaliyyəti ilə bağlı peşəkarlar dəvət olunub.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova forumda “Azərbaycanda uşaq kitabxanasının fəaliyyət istiqaməti və uşaq ədəbiyyatı təbliğatının fəaliyyət formaları” adlı videotəqdimatla çıxış edib. Respublika Uşaq Kitabxanasının iş təcrübəsinə əsaslanan videotəqdimatda kitabxananın yaranma tarixi, fond tərkibi, fəaliyyəti, kitabxanada həyata keçirilən layihələr və fiziki məhdudiyyətli uşaqlarla iş və onlar arasında uşaq ədəbiyyatının təbliğat formaları haqqında ətraflı məlumat verilib. 

    Forum çərçivəsində Rusiya Federasiyasının mədəniyyət, elm, təhsil sahəsinin rəsmi nümayəndələrinin, yazıçı və rəssamların iştirakı ilə uşaq və gənclərin mütaliəyə cəlb olunması məsələləri, bu sahədə aparılan maarifləndirici layihə və təcrübələr, gələcək yerli və beynəlxalq əməkdaşlıqlar müzakirə edilib. 

    Forumun sonuncu günü iştirakçılar üçün Rusiya Dövlət Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft