Görkəmli ədəbiyyatşünas alim, pedaqoq, akademik Məmməd Arif Dadaşzadə Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. Məmməd Arifin ədəbi irsi zəngin və rəngarəngdir. O, yaradıcılığa şeir və hekayələr yazmaqla başlamış, 20-ci illərin sonlarından etibarən tənqidə, ədəbiyyatşünaslığa ciddi meyil göstərmiş, bu sahədə müntəzəm çalışmışdır.
O, 1975-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Məmməd Arifin 120 illik yubileyi münasibətilə nasir haqqında kitabxana fondunda mövcud olan çap əsərlərinin tammətnli biblioqrafik siyahısını hazırlayaraq oxucuların istifadəsinə təqdim edir. Təqdim olunan daycestdə Məmməd Arifin 14 adda kitabı, haqqında görkəmli şəxslərin fikirləri və dövri mətbuatda onun haqqında yazılan 21 məqalə yer alıb.
Aşağıda qeyd olunan link vasitəsi ilə daycestlə tanış ola bilərsiniz.