• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “İqlim sənin əlindədir” kitabının təqdimatı baş tutub
    30-08-2024 15:18:00

    30 avqust 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ukrayncadan Azərbaycan dilinə tərcümə olunmuş “İqlim sənin əlindədir” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev, Ukraynanın millət vəkili Serhiy Naqornyak, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, Hədəf Şirkətlər Qrupunun direktoru, dosent Şəmil Sadiq, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, məktəblilər və ukraynalı uşaqlar iştirak edib.

    Katerina Terletska və Dmitro Kuzmenkovun müəllifi olduğu “İqlim sənin əlindədir” adlı kitab Hədəf Nəşrləri tərəfindən Ukrayna tərcümə İnstitutunun dəstəyi çərçivəsində nəşr edilib. Kitabda iqlim dəyişikliklərini anlamaq üçün 17 təcrübə təqdim edilib və bu təcrübələrin keçirilməsi üçün təlimat, lazım olan vəsaitələrin hər biri qeyd olunub. 

    Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi  Şəhla Qəmbərova çıxışında qeyd edib ki, kitab, prezident cənab İlham Əliyevin Sərəncamı əsasında ölkədə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaq və yeniyetmələrə lazımi töhfəsini verəcək.

    Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev tədbirdə Azərbaycan xalqına və kitabxana rəhbərliyinə Ukrayna dilindən Azərbaycan dilinə tərcümə olunan kitabın və eyni zamanda Ukrayna kitab rəfinin təqdimatının keçirildiyi üçün öz təşəkkürünü bildirib. O, qeyd edib ki, biz bundan sonra da Ukrayna-Azərbaycan arasındakı dostluğu artırmaq üçün çalışacağıq.

    Ukraynanın millət vəkili Serhiy Naqornyak çıxışında Bakıya səfər etdiyinə görə çox məmnun olduğunu dilə gətirib. Kitab Ukraynalı gənc alimlər və müəlliflər tərəfidən yazılıb və uşaqlar üçün eksperimentləri, ekologiyanı qorumaqla bağlı bilikləri özündə əks etdirir. “Biz inanırıq ki, bu kitab qarşıdan gələn COP-29 tədbiri üçün yaxşı bir töhfədir” - deyə o, qeyd edib. 

    Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq tədbirdə təqdim olunan kitab haqqında ətraflı məlumat verərək yüksək peşəkarlıqla görülmüş işə görə müəlliflərə, tərcüməçilərə və naşirlərə təşəkkürünü bildirib. O, həmçinin yay tətilində həm əylənib, həm də nəzəri təcrübələrə əsaslanan biliklərə yiyələnmək istəyənlərə bu kitabı tövsiyyə etdiyini söyləyib.

    Təqdimatda Hədəf liseyinin şagirdlərinin “İqlim sənin əlindədir” kitabından seçərək təqdim etdikləri təcrübələr maraqla qarşılanıb. 

    Sonda Respublika Uşaq Kitabxanasında Ukrayna uşaq ədəbiyyatı əsasında hazırlanmış kitab sərgisinə baxış keçirilib və xatirə şəkilləri çəkilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft