30 oktyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik ili" çərçivəsində "Dalğa" körpələr evi-uşaq bağçasında oxu saatı keçirilib.
Kitabxananın əməkdaşı oxu saatında iştirak edən uşaqları salamladıqdan sonra qeyd edib ki, kitabı sevmək, oxumaq və qorumaq lazımdır. Tədbirin davamında “Mənim təbiət haqqında birinci kitabım”, "Təbiətin nağılı", “Bala kirpi”, kitablarından uşaqlar üçün nağıllar səsləndirilib. "Dalğa" körpələr evi-uşaq bağçasında həmçinin kitab sərgisi də uşaqların diqqətinə çatdırılıb.
"Oxu saatı"nın keçirilməsində məqsəd uşaqlarda oxuyub anlama bacarıqlarını inkişaf etdirmək, onları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.