2-8 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Beynəlxalq Kitab Sərgisi zamanı F.Köçərli adına Respublika Uşaq Kitabxanasının stendində kiçik yaşlı qonaqlar üçün uşaq nağılları əsasında “Yaşıl dünya naminə həmrəyli ili”nə həsr olunan “Masterclasslar” təşkil olunub. X Yubiley Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan masterclasslarda uşaqlara ilk olaraq kitabxananın əməkdaşları tərəfindən nağıllar sonra isə nağıl personajlarının düzəldilməsi üçün anlayışlar səsləndirilib.
Masterclassların keçirilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq, kiçik yaşlı oxucularımızın informasiya tələbatının ödənilməsi üçün onları ölkəmizdə son ildə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etməkdir. Masterclasslar gənc nəslin incəsənət sahəsində yüksək səviyyəli biliklərə yiyələnməsini və yerli istedadların inkişafını təşviq edəcək.