Kitabsevərlər bu günü yeni kitablar almaq, kitabxanalarda saatlarla vaxt keçirərək aldıqları kitabların və ya əvvəldən nəzərdə tutduqları kitabların mütaliəsinə başlamaq, başladıqları kitabları məhz bu gün bitirməyə çalışmaları və dostlarına kitab hədiyyə edərək qeyd edirlər. Bu gün kitabsevər dostlarımızın çox sevdikləri ünvana - F.Köçərli adına Respublika Uşaq Kitabxanasına üz tutmaları da bu səbəbdəndir. Onlarla söhbətdən aydın olur ki, kitabxanada keçirdikləri vaxt kitabsevərlər üçün ən qiymətli vaxtdır. Çünki hər kitabdan yeni bir şey öyrənirlər.
Bu bayram ilk dəfə 2012-ci ildən Amerika Birləşmiş Ştatlarında mütaliə etməyi sevən insanlar arasında qeyri-rəsmi bayram kimi qeyd olunmağa başlanıb. İndi isə dünyanın hər yerində qeyd edilir.
Əziz kitabsevər dostlarımız! Bayramınız mübarək!