31 oktyabr 2024-cü il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası və Bülbül adına orta ixtisas musiqi məktəbinin birgə əməkdaşlığı çərçivəsində “Zəfər Günü Milli qürur tariximiz” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimatda ölkə rəhbərinin Zəfər tariximizlə bağlı “Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi” fikirləri yer alıb.
Tədbirin keçirilməsində əsas məqsəd məktəbliləri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü ilə bağlı məlumatlandırmaq, şagirdlərdə vətənpərvərlik hisslərini yüksəltməkdir.
Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında “Çılğın rəqs”, “Şıdırğı”, “Laylay”, “Mehriban olaq”, “Daimi hərəkət” və s. əsərlərdən ibarət konsert proqramı ilə başa çatıb.