Bu gün UNESCO-nun qərarı ilə təyin olunub. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində 3 may Beynəlxalq və ya Ümumdünya Günəş Günü kimi qeyd edilib.
Yer kürəsinə ən yaxın ulduz Günəşdir. Yer kürəsi üçün Günəş güclü kosmik enerji mənbəyidir. O, bitki və heyvanat aləmi üçün mühüm rol oynayır və Yerin atmosferinin əhəmiyyətli xüsusiyyətlərini formalaşdırır.
Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsi (ISES-Europe) 3 May Günəş Günündə hər il könüllülük əsasında müxtəlif tədbirlər həyata keçirir.
Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən “3 May – Beynəlxalq Günəş Günü”ilə bağlı virtual oxucular üçün yaddaş kitabçası təqdim edilib. Həmçinin təqdimatda Azərbaycan ədəbiyyatının görkəmli şairi Məmməd Arazın “Günəş günü” adlı şeiri və dövrü mətbuat materiallarının adları qeyd olunub.
Aşağıda qeyd olunan link vasitəsi ilə yaddaş kitabçası ilə tanış ola bilərsiniz: