Respublika Uşaq Kitabxanasının Məlumat – biblioqrafiya şöbəsi “22 İyul - Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə virtual oxucular üçün biblioqrafik yaddaş təqdim edib. Biblioqrafik yaddaşda Milli Mətbuat və Jurnalistika Gününün 145 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı, həmçinin mətbuat və jurnalistika ilə bağlı kitabxana fondunda mövcud olan kitablar, dövri mətbuat məqalələri öz əksini tapmışdır.
1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. 2 il ərzində fəaliyyət göstərən qəzetin cəmi 56 nömrəsi işıq üzü görüb.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Aşağıda qeyd olunan link vasitəsi ilə biblioqrafik yaddaşla tanış ola bilərsiniz.