• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi baş tutub
    02-04-2024 17:14:00

    2 aprel tarixində  F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi təşkil edilib. Sərginin açılış mərasimində uşaq yazarları Sevinc Nuruqızı, Fatimə Alxaz, Reyhan Yusifqızı,  Lalə Umud, Mina Rəşid, Solmaz Amanova, Gülzar İbrahimova, Aygün Bünyadzadə iştirak ediblər. “Bakı Modern Təhsil Kompleksi”, “Kaspi Liseyi”, “İdrak Liseyi”, “Bakı İstanbul Liseyi”, 7,8,172,177,194,270 nömrəli ümumtəhsil məktəblərinin və 1 saylı UGİM şagirdləri yazarlarla görüşüblər. Təşkil edilən sərgidə kiçik yaşlı uşaqlar üçün, eyni zamanda oxucuların yaş səviyyəsinə uyğun nəzərdə tutulan nağıl, hekayə, təmsil və s. kitablar nümayiş olunub. Tədbir iştirakçılarını və qonaqları salamlayan kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova  tədbir haqqında ətraflı məlumat verdikdən sonra sözü uşaq yazarlarına verib. “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş tədbirdə oxucularla ilk görüş  Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi Sevinc Nuruqızı ilə baş tutub. Yazıçı məktəblilərlə birgə əsərlərini müzakirə edib, fərqli mövzulara toxunaraq şeirlər səsləndirib. Uşaq yazarı Fatimə Alxas şagirdlərlə birgə nağılları müzakirə edib. Daha sonra oxucular Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı ilə görüşüblər. Reyhan Yusifqızı Azərbaycan ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Elmi-fantastik trilogiya təşkil edən "Yaşıl gözlü qız", "Zamanın əsirləri" və "Uzaq planetin sirri" kitablarının, həmçinin, süni intellektə həsr olunmuş "Dostum Mimi", “Diribaş qızlar”, “Qapı arxasında O”, “Riyaziyyat əyləncəli ola bilərmiş” və s. kitabların  müəllifidir.

    Sərgi 4 aprel tarixinədək davam edəcək. Sərgi müddətində oxucuların  yazıçı Zahid Xəlil, Gülzar İbrahimova, Lalə Ümid, Mina Rəşid, Hülya Cəfərova və Zahirə Cabirlə görüşləri nəzərdə tutulub.

    Tədbirin keçirilməsində əsas  məqsəd, uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaq və kiçik yaşlı oxucularımızın informasiya tələbatının ödənilməsi üçün onları ölkəmizdə son ildə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etməkdir. Həmçinin, uşaq kitabları vasitəsilə oxucu və müəllif arasında anlaşmanı təşviq etmək, uşaq və yeniyetmələrə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrini əldə etmək imkanını yaratmaq, peşəkar və təcrübəli kitabxanaçılar vasitəsilə onların oxumağı sevəcəyi yaxşı kitablara çıxış imkanını yaratmaqla BMT Konvensiyasına uyğun olaraq Uşaq Hüquqlarını qorumaq və təmin etməkdir. 

    Oxucular  sərgi zamanı  son illərdə nəşr olunan 481  adda  Azərbaycan və dünya uşaq ədəbiyyatının nümunələri ilə tanış olublar.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft