18 oktyabr 2024-cü il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə kiçik oxucular üçün maarifləndirici sərgi təşkil edilib. “18 - Oktyabr Müstəqilliyin Bərpası Günü” - Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası Günü" 18 oktyabrda qeyd olunur. Sərgidə Kaspi Liseyinin 6 və 7-ci sinif şagirdləri iştirak edib. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmiş, Azərbaycanın Dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edilmişdir. Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının üzvü olmuşdur.
Daha sonra liseyin şagirdləri ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütov Azərbaycan dövlətinin tarixi haqqında kitablar nümayiş edilib.