26 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin " Orkestr şöbəsinin" şagirdlərinin iştirakı ilə bayram tədbiri baş tutub. Tədbir “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə "Hər şey vətən üçün" adı altında təşkil edilmişdir. Məktəbin müəllimələrinin müşayəti ilə şagirdlər müxtəlif musiqi alətlərində Ü.Hacıbəyovun "Çırpınırdı qara dəniz", Motsartın "Alleqretto", T.Quliyevin "Sevinc mahnısı", V.Şainskinin "Çeburaşka", M.Nəsirbəyovun "Mahnı" , A.Rzayevanın " Kukla", "Çılqın bells" və s. musiqi əsərlərini ifa ediblər.
Tədbirin sonunda iştirakçı və ifaçı uşaqlara Respublika Uşaq Kitaxnasının təsis etdiyi “Göy qurşağı” uşaq yurnalı və hədiyyələr təqdim edilib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə asudə vaxtlarını səmərəli keçirməklə incəsənət və mütaliə mədəniyyətini inkişaf etdirmək istiqamətində onlara dəstək olmaqdır.