24 fevral tarixində Respublika Uşaq Kitabxanası və 215 saylı tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Xocalı tarixə yazılan yaddaş” adlı tədbir keçirilib.
Tədbirdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərin çıxışında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub. Sonda məktəblilər tərəfindən hazırlanmış Xocalı soyqırımının tarixi gerçəkliklərindən bəhs edən video çarx tədbir iştirakçılarına nümayiş olunub.
Ulu Öndər Heydə Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir.