31 mart tarixində Respublika Uşaq Kitabxanasında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi şagirdlərinin iştirakı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçrilib. Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Öncə tədbir iştirakçıları “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab və rəsmlərdən ibarət geniş sərgi ilə tanış olub. Kitabxana əməkdaşları tərəfindən tarix boyu erməni vandalizminin qurbanı olmuş bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “31-Mart tariximizin faciəli səhifəsi” kitabının icmalı keçirilib. Şagirdlərə Ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımların coğrafiyasının geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı barədə əraflı məlumat verilib.
1918-ci il mart ayının 30-dan başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızlığına görə “Milli faciə” kimi qiymətləndirilərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur
Daha sonra şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbir 1918- ci ildə həlak olan soydaşlarımızın əziz xatirəsinə həsr olunmuş vidoçarx nümayişi ilə başa çatıb.