23 fevral tarixində Respublika Uşaq kitabxanasında Xocalı faciəsinə həsr olunmuş “Sonuncu ölən ümidlər...” adlı tədbir keçirilib. Tədbirdə tanınmış yazıçı Varis Yolçuyevin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə həsr etdiyi “Qırmızı ləçəklər” kitabının müzakirəsi baş tutub.
Yazıçı Varis tədbirdə iştirak edən tələbə-gənclərə amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək ona ünvanlanan sualları cavablandırıb.
Tədbirin keçirilməsində məqsəd, gənclərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaq, onlara tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlatmaq və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.
Sonda kitabxana əməkdaşlari tərəfindən Xocalı qurbanlarına həsr olunmuş təqdimat nümayiş etdirilib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə 26 fevralı "Xocalı soyqırımı və milli matəm günü" elan etmişdir.