18 aprel tarixində Respublika Uşaq Kitabxanasında Binəqədi rayon Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə nağıl saatı keçirilib.
İlk olaraq kitabxananın elmi işlər üzrə direktor müavini şagirdləri kitabxana ilə yaxından tanış edib, yeni kitabxana texnologiyalarının tətbiqindən, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün “Brayl” əlifbası ilə nəşr olunan kitablar haqqında məlumat verib.
Daha sonra şagirdlər Azərbaycan nağıllarını maraqla dinləyərək, nağıl personajlarını müzakirə edib və oyuncaqlı, səsli kitablarla tanış olublar.
“Nağıl saat”larının keçirilməsində əsas məqsəd uşaqların gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqların mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, yeniliklərə qarşı onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdən ibarətdir.