Pedaqoq, ədəbiyyatşünas alim,Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə Bakı şəhər 21, 28 saylı tam orta məktəb, Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Hədəf və Kaspi liseyinin şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
İlk olaraq kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi , oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib. Ədibin "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb. Şagirdlərə Firidun bəy Köçərlinin həyat və yaradıcılığından, sonralar onun yolunu davam etdirən ömür-gün yoldaşı Badisəba xanımın fəaliyyətindən, onun Bakıda, Şəkidə internat məktəblərinin açılmasında göstərdiyi müstəsna rolundan bəhs edən sənədli film təqdim edilib.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətinin və kitaba olan marağı artırmaqdır.