13-26 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və Regional Mədəniyyət İdarələrinin tərəfdaşlığı ilə bölgələrdə Əməkdar Mədəniyyət işçisi Zahirə Cabirin “Böyük Azərbaycanlı” kitabının təqdimatı baş tutdu. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab təqdimatı regionların Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Qazax, Sabirabad bölgələrinin oxucuları üçün təqdim edildi. Keçirilən təqdimatlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabın müəllifi çıxışlarında qeyd edib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Həmçinin müəllif qeyd edib ki, kitabdakı hekayələr real tarixi hadisələr əsasında işıqlandırılmaqla ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə həsr edən , xalqın sevgisi və məhəbbəti ilə ucalan şəxsiyyət –Heydər Əliyevə həsr olunub. “Böyük Azərbaycanlı” adlı kitabdakı hekayələrin əsas məqsədi Ulu öndərin keçdiyi həyat yolunu, milli dəyərlərimizin qoruyucusu kimi onun yüksək mənəvi keyfiyyətlərini boyüməkdə olan gənc nəslə təqdim etməkdir. Sinifdənxaric oxu üçün nəzərdə tutulan kitabda Ümumilli lider Heydər Əliyevin fəaliyyəti və irsi təqdim olunmuşdur. Bu uşaqların ölkənin layiqli vətəndaşları kimi yetişməsinə zəmin yaradacaqdır.
Ümummilli lider Heydər Əlyevin şəxsiyyəti, ideyaları, ömür yolu və irsi əsasında şagirdlərin dünyagörüşü zənginləşir, vətənpərvərlik, insansevərlik hissləri artır. Onlar yaxşı nümunələrin, nəcib ideyaların əbədiyaşarlığı uğrunda mübarizəyə ruhlanırlar.