F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən 3 May - Beynəlxalq Günəş Günü münasibətilə hazırlanan “Qoy həmişə günəş olsun !” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.
Metodik vəsaitin I hissəsində “3 May Beynəlxalq Günəş Günü” nün yaranma tarixi haqqında məlumatlar yer almışdır. Bəzən “Dünya Günəş Günü”, bəzən isə “Beynəlxalq Günəş Günü” adlandırılan bu gün 1994-cü ildən bəri fərqli ölkələrdə qeyd edilir.Metodik vəsaitin II hissəsində isə Beynəlxalq Günəş Günü ilə bağlı keçiriləcək tədbirlərin planı verilib.
Təqdim edilən vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilib.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: