F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Gülhüseyn Hüseynoğlunun 100 illik yubileyi münasibətilə hazırlanan “Müasir Azərbaycan nəsrinin dəyərli nümayəndəsi - Gülhüseyn Hüseynoğlu”- adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
“Mənsur şeirin banisi - Gülhüseyn Hüseynoğlu” - adlı metodik vəsaitin I hissəsi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmət sahibi, eyni zamanda Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifi olan Gülhüseyn Hüseynoğlunun həyat və yaradıcılığından bəhs edir. II hissədə isə metodik köməklik məqsədilə Gülhüseyn Hüseynoğlunun yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: http://bit.ly/3xOq7R3