Fevralın 17-də Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” münasibətilə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının ikinci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Respublika Uşaq Kitabxanasının direktor müavini açaraq Azərbaycan dilinin yaranma tarixi, inkişafı barədə geniş məlumat verib. Tədbirdə şagirdlərin ana dili mövzusunda rəngarəng çıxışları, o cümlədən söylədikləri şeirlər, oxuduqları mahnılar, təqdim etdikləri səhnəciklər, dahilərin müdrik kəlamlarından nümunələr böyük maraqla qarşılanıb.
Sonda məktəblilər kitab sərgisi ilə yaxından tanış olub. Tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edilib.