7 noyabr tarixində Respublika Uşaq Kitabxanasında 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ilə gənc yazar Çinarə Köçərlinin görüşü keçirilib.Tədbir “8 noyabr ZƏFƏR GÜNÜ”nə həsr olunub. Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Tədbirdə Çinarə Köçərlinin “44 gün Qarabağda” hekayəsindən bəhs edilib.Görüşdə yazıçının “Əsgərə Məktub”, “Hay Ver Mənə Cənab Leytenant” adlı hekayələri ətrafında müzakirələr aparılıb. Həmçinin, yazıçı milli dəyərlərimiz haqqında da ətraflı məlumat verib. Kitabda hərbi rütbələr, döyüş zamanı istifadə edilən texnikalar haqqında geniş məlumatlar yer alıb. Eləcə də, Qarabağ torpaqlarının işğal və azadolunma tarixləri qeyd edilib. Tədbirin sonunda yazıçının oxucularla xatirə fotoları çəkilib.