23 yanvar tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, doktorant, ABA Psixoloji Mərkəzin uşaq psixoloqu Aynur İskəndərova oldu. Oxucularla psixoloqun kitabxanadakı görüşü qrup şəklində baş tutdu. Uşaqlarda ünsiyyət bacarığını inkişaf etdirmək üçün "Sürpriz şəkil", öz arzularını ifadə etmək bacarığını inkişaf etdirmək üçün"Əgər sehrbaz olsaydım", emosional intellektin inkişafı üçün "Duyğuların dünyası", beynin sağ və sol yarımkürələrinin arasındakı əlaqələrin inkişafına təsir edən əllərlə koqnitiv məşqlər "Ritm" kimi oyunlar oynanıldı.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd doğru psixoloji metodlar vasitəsilə uşaqların intellektual səviyəsinin inkişafını artırmaq və onlarda ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək idi.
Sonda A.İskəndərova valideynlərin suallarını cavablandırdı.