14 aprel tarixində Respublika Uşaq Kitabxanasında uşaq yazarı, publisist Gülzar İbrahimova ilə Heydər Əliyev adına liseyin şagirdləri ilə görüşü keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqların kitaba və mütaliəyə olan maraqlarının artmasıdır.
Tədbiri giriş sözü kitabxananın əməkdaşı açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. O çıxışında uşaqların inkişafında, təhsilində belə tədbirlərin əhəmiyyətini qeyd edib, bu sahədə uşaq ədəbiyyatının xüsusi rolunu vurğulayıb.
Tədbirdə Gülzar nənə uşaqlara öz şeirlərini səsləndirib, məktəbli uşaqların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib. Uşaqları maraqlandıran bütün suallar cavablandırıb.
Qeyd edək ki, Gülzar nənə “Sehirli dünya” jurnalının baş redaktoru, 65 dən çox kitabın və 44 elektron kitabın müəllifidir, onlardan yalnız 1-i böyüklər üçündür. «Dünyanın ən güclüsü», «Tənbəlin nağılı», «Tülkü balası», «Su pərisi», «Od xəzinəsi», «Göy qurşağı qardaşlarının yeddi nağılı», «Sehirli nağıllar», «Dəniz balası», «Dəhşətli nağıl», «Göydə neçə ulduz var» və diqər kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanmışdır.