F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İrəvan şəhərində fəaliyyət göstərən, pedaqoji fikir tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaranması, ana dilli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində böyük fədakarlıq göstərmiş, adları təhsil tariximizə qızıl hərflərlə yazılmış ziyalılarımızın fəaliyyəti haqqında geniş məlumat verilib.
Çıxış edən qonaqlar tərəfindən qeyd edilib ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapıb.
Sonda Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunub və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrini ədəbiyyatımızda, mədəniyyətimizdə oynadığı müstəsna rolunu uşaq və yeniyetmələr arasında təbliğ etmək, onları maarifləndirməkdən ibarətdir.