24 fevral 2022-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oxuculara, istehsalat təcrübəsində olan tələbələrə və kitabxananın digər şöbələrinin əməkdaşlarına kitabxanaya yeni daxil olan kitablara baxış və yeni ədəbiyyatların icmalı keçirildi. İstehsalat təcrübəsində olan tələbələrin rəhbəri, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova icmalda qeyd etdi ki, yeni daxil olan ədəbiyyatlar Komplektləşdirmə şöbəsində əlifba və sistemli kataloqun tərtibi və redaktəsindən sonra kitabxananın elektron kataloquna daxil edilir və oxucuların istifadəsinə verilir. Baxış zamanı Ş.Nadirqızının “Bir fincan çay, bir qələm, bir də düşüncələrim”, “Uşaqlar sizə sözüm var”, D.Nəsibin “Cavanşir”, S.Xəlilqızının “Könül səhifəm”, M.Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı”, V.İsaoğlunun “Tovuzun saz-söz dünyası”, M.Yaqubun “Gərək bu sözümü daşlara yazam”, İ.Sadıqın “Azərbaycanda kitab mədəniyyəti”, R.Rzanın “Çöl quşları”, E.Borçalının “Şah və qoca”, Q.Qasımzadənin “Şəfa çantası”, M.Nağıyevanın “Məstanla Toplanın dostluğu”, G.İbrahimovanın “Dostlaşmış nağıllar”, N.Gəncəvinin “Xarəzm gözəlinin hekayəti”, S.Məmmədzadənin “Nənəmin nağılı” və digər kitablara nəzər yetirildi. Kitabların təqdimatından sonra tələbələr və kitabxanaçılar arasında maraqlı diskussiya baş tutdu.