Eşitmə və nitq məhdudiyyətli uşaqlarla "Oxu saatı"nda görüş keçirilib
25-11-2022 22:24:00
25 noyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə növbəti “Oxu saatı" Baku Book Centerdə baş tutdu.“Oxu saatı”nın qonağı – Qüsursuz Nitq və Korreksiya Mərkəzinin direktoru, defektoloq - loqoped Esmira Qafarova oldu. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li xüsusi internat məktəbinin şagirdləri Mərkəzimizdə dünya xalqlarının müxtəlif nağıllarını dinlədilər. Nağılları jest dilinə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin sədr müavini, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva tərcümə etdi. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial təlabatını təmin etmək, həmçinin onlarda kitaba olan marağı artırmaqdır.