18 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Sabunçu rayon 215 №li tam orta məktəbin 5-ci sinif şagirdləri ilə birgə 21 fevral -Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi .Tədbirdən öncə məktəblilərə kitabxana haqqında məlumat verildi.Tədbir oxu zalında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
Şagirdlər Ulu öndər Heydər Əliyevin, F.Köçərlinin, M.İbrahimovun və digər mütəfəkkirlərin ana dili haqqında dəyərli fikirlərini səsləndirdilər. Məktəblilər Ü.Atəşin, B.Vahabzadənin,T.Bayramın, N.Xəzrinin, S.Rüstəmin şeirlərini, həmçinin, ”Ana dili”, ”Şirin dil” mahnılarını ifa etdilər. N.Gəncəvinin “Kərpickəsən kişinin dastanı” əsəri üzərində hazırlanmış bədii kompozisiyasını təqdim etdilər.
Sonda uşaqlar Azərbaycan dilinin tarixi ilə bağlı sənədli film izlədilər.