• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Söz mülkünün ustadı” adlı ailəvi onlayn viktorinanın suallarının cavabları
    09-12-2021 14:30:00

    CAVABLAR

    1. İlyas 

    2. “Nizami” sözünün mənası “ sözləri nizamlayan, mirvari kimi düzən” mənasındadır.Buna görə də, bəzi təzkirəçilər bu ləqəbi götürməsinin əsas səbənini şairin ailəsinin ənənəvi olaraq tikməçiliklə məşğul olması ilə izah edirlər.Nizami isə ədəbiyyatla məşğul olmaq üçün ailə sənətindən imtina etmiş, toxucu səbri ilə əsərləri üzərində çalışmışdır.

    3. Fələk yaradırkən deyib mənə “şir”,

        Lakin bu vücudum bir yun heykəldir,

        Deyiləm düşmənlə vuruşan şirdən,

        Yetər ki, özümlə döyüşürəm mən. -  ( “Xosrov və Şirin” poeması)

    4. Böyük Səlcuq İmperiyası

    5. Ağsunqurilər sülaləsindən Əlaəddin Körpə Arslana ithaf etmişdir.

    6. Dərbənd hakimi Dara Müzəffərəddin tərəfindən hədiyyə edilmiş, Nizami isə onu azad edərək evlənmişdir.

    7. “Leyli və Məcnun”, “Xosrov və Şirin”

    8. Məsnəvi

    9. Ədalət və əmək mövzusu

    10. “Sirlər xəzinəsi” –S. Rüstəm

          “Xosrov və Şirin”- M.Rahim

           “Leyli və Məcnun” –S.Vurğun

           “Yeddi gözəl” – R.Rza

           “İsgəndərnamə” – A.Şaiq, M.Rzaquluzadə

    11. “Sirlər Xəzinəsi”

    12. İkinci poemasıdır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami Gəncəvi, bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir.

    13. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır.

    14. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd / Füzuli

    15. Nizaminin “Leyli və Məcnun” poemasının ilk elmi-tənqidi mətni İran alimi Vəhid Dəstgerdi tərəfindən 30 əlyazma nüsxəsi əsasında hazırlanaraq, 1934-cü ildə Tehranda nəşr edilmişdir.

    16. Yeddi gözəl” əsəri 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir.

    17. Əruz vəzninin Xəfif bəhrində yazılan “Yeddi gözəl” poeması müxtəlif hesablamalara görə 4637-5136 beytdən ibarətdir.

    18. Poemanın tənqidi mətni Helmut Ritter və Yan Rıpka tərəfindən on beş   əlyazma nüsxəsi əsasında hazırlanmış və 1848-ci ildə Bombeydə əldə edilmiş litoqrafiyalarla birlikdə 1934-cü ildə Praqada hazırlanmış və həmin ildə İstanbulda nəşr edilmişdir.

    19. Beşinci, sonuncu poemasıdır, 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. 

    20. “İsgəndərnamə”

    21. İskəndər qüdrətli bir sərkərdə kimi Əhəməni hökmdarı Dara, zənci hökmdarı Pələngər, hind hökmdarı Fur, rus sərkərdəsi Qıntal və başqaları üzərində qələbə çalır.

    22. Mən mirvari kimi Gəncə dənizində qərq olsam da, 

          Dağlarda yerləşən Qum şəhərindənəm. ("İsgəndərnamə")

    23. Əlişir Nəvai

    24. “İsgəndərnamə”

    25. Daş-qaş boğazdan keçmirsə, nə üçün yeyilməyən daşdan ötrü, lazımsız müharibə aparırsan?” deyə cavab verir.

    26. “İqbalnamə”də

    27. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. 

    28. M. F. Axundov

    29. Firidun bəy Köçərli 

    30. Qızıl Arslan

    31. 20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.

    32. "İsgəndərnamə" poemasına həsr olunmuşdur. Həmin barelyefdə Makedoniyalı İsgəndərin Nüşabə ilə görüşməsi səhnəsindən istifadə edilmişdir.

    33. Azərbaycan rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında (Mozaik pannolardan biri "İsgəndərnamə" mövzusuna həsr edilmişdir və həmin mozaikada “2 İsgəndər və çoban” səhnəsi təsvir edilmişdir.)

    34. Azərbaycan heykəltəraşı Qorxmaz Sucəddinov tərəfindən hazırlanmış 22 metr hündürlüyü olan çoxfiqurlu heykəldə də mərkəzi fiqur kimi Nizami Gəncəvi, onun ətrafında isə "Xəmsə"nin qəhrəmanları təsvir olunmuşdur. Həmin fiqurlardan biri də, "İsgəndərnamə" poemasının qəhrəmanı Makedoniyalı İsgəndərin fiqurudur.

    35. 21 yanvar 2012-ci ildə Gəncə şəhərinin Nizami prospektində yaradılmış "Xəmsə" hekəltəraşlıq kompozisiyasının açılışı olmuşdur. Kompozisiyaya daxil olan əsərlərdən biri də hündür postament üzərində ucaldılmış "Makedoniyalı İsgəndər və Nüşabə" heykəlidir.

    36. (Bakı, 1949) heykəltəraş Fuad Əbdürəhmanov, memar Mikayıl Hüseynov və Sadıq Dadaşov

    37. Bakı, Gəncə, Sumqayıt, Sankt-Peterburq, Roma, Çeboksarı

    38. Üzeyir Hacıbəyov

    39. Niyazi

    40. F.Əmirov

    41. Nüşabə

    42. 14

    43. Səməd Vurğun

    44. “Xosrov və Şirin”

    45. “Leyli və Məcnun”

    46. “Xosrov və Şirin”

    47. Çin qızı

    48. Əmir Xosrov Dəhləvi

    49. Məlik İzəddinə

    50. Arif Ərdəbili

     

    ***

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “2021-ci il - Nizami Gəncəvi ili” çərçivəsində keçirdiyi “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festivalın “Söz mülkünün ustadı” adlı ailəvi onlayn viktorinanın suallarını təqdim edirik. Xatırladaq ki, sualların cavabları vaxt bitdikdən – 15.30-dan sonra 10 dəqiqə ərzində ushaqkitabxanasi@gmail.com və ya info@clb.az elektron ünvanına göndərilməlidir.

    Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ailəvi onlayn viktorinanın sualları

    1. Şairin əsl adı nədir?

    2. Şair niyə “Nizami” sözünü ləqəb kimi seçmişdir?

    3. Qeyd edək ki, UNESCO-nun qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunmuşdur. Bəs, şair bu  tarixə hansı poemasında işarə etmişdir?

    4. Nizaminin yaşadığı dövrdə Gəncə şəhəri, 1077-1307-ci illərdə mövcud olmuş hansı imperiyanın hakimiyyəti altında olmuşdur?

    5. Şair “Yeddi gözəl” poemasını kimə ithaf etmişdir?

    6. Nizami Gəncəvinin həyat yoldaşı Afaq ona kim tərəfindən hədiyyə olunmuşdu?

    7. Nizami Gəncəvi hansı əsərlərini həvəsnamə adlandırmışdır?

    8. “Sirlər xəzinəsi” hansı janrda yazılmışdır?

    9. “Sirlər xəzinəsi” poemasının əsas ideya və mövzusu nədən ibarətdir?

    10. “Xəmsə” hansı müəlliflər tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur?

    11. “Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti”  hansı poemadandır?

    12. “Xosrov və Şirin” poeması nə vaxt yazılıb, kimə ithaf edilib və şairin neçənci  poemasıdır?

    13. “Xosrov və Şirin” dastanını ilk dəfə kim nəzmə çəkmişdir?

    14. Nizami ədəbi məktəbinin davamçılarından kimləri tanıyırsınız?

    15. Nizaminin “Leyli və Məcnun” poemasının ilk elmi-tənqidi mətni kim tərəfindən yazılmışdır?

    16. Nizami Gəncəvinin dördüncü poeması hansıdır və kimə ithaf olunmuşdur?

    17. “Yeddi gözəl” poeması hansı vəzndə yazılmışdır və neçə beytdən ibarətdir?

    18. “Yeddi gözəl” poemasının tənqidi mətni kim tərəfindən hazırlanmış və harada nəşr edilmişdir?

    19. “İsgəndərnamə” Nizami Gəncəvinin “Xəmsə” toplusunun neçənci poemasıdır və hansı illərdə yazılmışdır?

    20. Nizaminin hansı əsəri ideal cəmiyyət quruluşunun təsvirilə kuliminasiya nöqtəsinə çatır, hətta Nizaminin öz ölümü təsvir edilir?

    21. İskəndər bir sərkərdə kimi hansı hökmdarlar üzərində qələbə çalır?

    22. Nizaminin hansı poemasında yazılan beytə istinadən Nizaminin mərkəzi İrandakı Qum şəhərində doğulması iddia edilir?

    23. Nizami Gəncəvidən sonra Şərqdə ana dilində "Xəmsə" yaradan şair kimdir?

    24. Mir Cəlal Paşayev “İki rəssam” hekayəsini Nizaminin hansı poeması əsasında  yazmışdır? 

    25. İsgəndərin “daş-qaş yeyilərmi?” sualına Nüşabə necə cavab verir?

    26. “İsgəndərlə çobanın hekayəsi” və “Çobanla üzüyün dastanı” adlı hekayələrdəki çoban surəti hansı əsərdə verilmişdir?

    27. “İsgəndərnamə” poesması nə vaxt yazılıb və kimə ithaf olunub?

    28. Kim  Nizami İskəndərnaməsini “həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm” adlandırırdı?

    29. “Nizami kimi fəsih, rəvan təb və şirin zəban şair dünya üzünə az gəlibdir.” fikrinin müəllifi kimdir?

    30. Nizamiyə “Həmdünyan” adlı kəndi bağışlayan kim idi?

    31. Nizami Gəncəvinin abidəsi İtaliyada neçənci ildə qoyulmuşdur?

    32. 1949-cu ildə  Bakıda ucaldılmış Nizami Gəncəvi heykəlinin postamentində quraşdırılmış, rəssam Qəzənfər Xalıqovun eskizləri hansı poemaya həsr   olunmuşdur?

    33. 1979-cu ildə hansı rəssamın rəsmləri əsasında  Bakı metropoliteninin Nizami metrostansiyasının yeraltı zalında Nizami Gəncəvinin əsərləri mövzusunda 18 mozaika kompozisiyası işlənmişdir?

    34. Şairin Gəncə şəhərində yerləşən Xəmsə bağındakı heykəli hansı heykəltəraş tərəfindən hazırlanmışdır?

    35. Neçənci ildə və harada “Xəmsə” heykəltəraşlıq kompozisiyasının açılışı olmuşdur?

    36. Bakıda ucaldılan Nizami Gəncəvi heykəlinin müəllifləri kimdir?

    37. Nizami Gəncəvinin heykəli hansı şəhərlərdə var?

    38. “Sənsiz “ musiqisinin müəllifi kimdir?

    39. “Xosrov və Şirin” operasının musiqisini kim bəstələyib?

    40. 1943-cü ildə dahi şairin xatirəsinə həsr olunan “Gülüm” romans – qəzəlinin müəllifi kimdir?

    41. Aşağıdakı sözlər Nizaminin hansı qəhrəmanına məxsusdur?

         Erkək tinətliyəm, olsam da qadın,

         Hər işi bəllidir mənə dünyanın.

         Mən də bir aslanam, düşünsən bir az,

         Aslanın erkəyi, dişisi olmaz.

    42. “Leyli və Məcnun”poemasını yazarkən, oğlu Məhəmmədin neçə yaşı vardı?

    43. “Leyli və Məcnun” əsəri kim tərəfindən tərcümə olunmuşdur?

    44. Nizami öz həyatı ilə bağlı faktları ilk dəfə hansı əsərində vermişdir?

    45. Nizaminin hansı poemasının girişindən məlum olur ki, şairin lirik şeirlərdən ibarət “Divan”ı varmış?

    46. Azərbaycan ədəbiyyatında vahid süjet xəttinə və vahid baş qəhrəmanlara malik olan ilk poema hansıdır?

    47. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından olan “Xeyir və Şər” hekayətini hansı qız danışır?

    48. Nizami Gəncəvi “ Xəmsə“sinin təsiri altında ilk dəfə “Xəmsə” yaradan şair kimdir?

    49. İskəndərnamə əsərinin “İqbalnamə” hissəsi kimə həsr olunmuşdur?

    50. XIV əsr hansı Azərbaycan şairi ilk dəfə Nizami tərəfındən epik şeirdə canlandırılan Fərhadı əsas qəhrəman götürərək özünün "Fərhadnamə" poemasını yazmışdır?

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft