F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elvira Məmmədova oldu.
Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Yazıçı görüş çərçivəsində, çoxşaxəli yaradıcılığı, layihələri, əsərləri haqqında ətraflı məlumat verdi. Həmçinin, canlı yayıma qoşulan izləyicilərin “İlk hekayənizi nə zaman qələmə almısınız?”, “Uşaqlara hansı kitabları oxumağı tövsiyə edərdiniz?”, “Mütaliəyə maraq artırmaq üçün nə etməli?”, “Qələmə aldığını əsərləriniz arasında sizi ən çox duyğulandıran hansıdır?”, “Uşaq ədəbiyyatının müasir dövrdəki vəziyyətini necə dəyərləndirisiniz?”, “Uşaqlıqda ən çox sevdiyiniz əsər və qəhrəman hansı olub?”, “Yazıçı olmağa necə qərar verdiniz?”, “Əsərlərinizi nədən ilham alaraq yazırsınız?” kimi müxtəlif suallarını cavablandırdı.
Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.