• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    ”Şairlər ustadı böyük Nizami” adlı şeir günü keçirildi
    07-12-2021 11:49:00

    07 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış, Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair  və mütəffəkir, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festival çərçivəsində ”Şairlər ustadı böyük Nizami” adlı şeir günü keçirildi. 

    ”Şairlər ustadı böyük Nizami” adlı  şeir günü Gəncliyə Yardım Fondunun konfrans zalında baş tutdu.

    Tədbir çərçivəsində iştirak edən 1,3,5 nömrəli UGİM-nın, 16 nömrəli Texniki Humanitar, Bakı Avropa və  Zəngi liseylərinin, 86,142, 189, 190 nömrəli orta məktəblərinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Sağlamlıq imkanları məhdud uşaqlarının, Abşeron rayon məktəblərinin şagirdlərinin ifasında N.Gəncəvinin əsərləri üzrə hazırlanmış “Nüşabə ilə İsgəndərin görüşü”, “Kərpickəsən kişinin dastanı”, “Xeyir və Şər” poemasından bədii kompozisiyalar, “Sirlər xəzinəsindən” parça, azsaylı xalqların dillərində şeir parçaları, Azərbaycan və avar dillərində N. Gəncəvinin aforizmləri təqdim edildi və Qusar, Qax, Zaqatala, Balakən rayonlarından göndərilmiş azsaylı xalqların dilində Nizami şeirlərinin çarxlı videosu nümayiş olundu.

    Tədbirdə Azərbaycan Respublikası Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  nümayəndələr və ədəbiyyatsevərlər  iştirak etdilər.

    Qeyd edək ki, Festivalın  keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft